İspaniyanın “Real”, İngiltərənin “Mançester Yunayted” klublarının keçmiş müdafiçisi Rafael Varana İtaliya təmsilçisi “Komo”da vəzifə verilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu adını qazanmış 31 yaşlı futbolçu İtaliya klubunun direktorlar şurasına daxil edilib.

Keçmiş müdafiəçinin “Komo”da gənclər futbolu ilə bağlı layihələrlə məşğul olacağı, həmçinin rəqəmsal məhsulların təkmilləşdirilməsi və azarkeşlərlə qarşılıqlı əlaqə məsələlərində kömək edəcəyi bildirilib.

Varan ötən yay azad agent kimi “Komo”ya transfer olunsa da, davamlı zədələr səbəbindən sentyabrda futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.
Varana İtaliya klubunda vəzifə verildi

Shares: