Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Zirə” doğma meydanda “Sabah”la qarşılaşacaq. “Sumqayıt” isə “Turan Tovuz”u qəbul edəcək.

Turun daha öncə keçirilmiş oyunlarında “Kəpəz” “Qarabağ”a (0:5), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Neftçi” “Səbail”ə (3:1) qalib gəlib.

Misli Premyer Liqası
10-cu tur

20 oktyabr

“Zirə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
Zirə Olimpiya İdman Kompleksi. 17:30.

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp