Ostində ABŞ qran-prisinin sprint yarışı geridə qalıb. Niderlandlı pilot Maks Ferstappen uzun fasilədən sonra yenidən qələbə qazanmağı bacarıb.

Bir gün öncə təsnifatda birinci olan Maks liderliyi heç kimə verməyib. Startda irəliləməyi bacarn Lando Norris ikinci yeri qoruya bilməyib. “Ferrari” pilotu Karlos Sayns sprintdə Maksdan sonra finişə çatıb. Şarl Lekler 4-cü, Corc Rassel isə 5-ci yeri tutub.

Ən maraqlı məqam kimi “Haas”  pilotlarının 7 və 8-ci yerləri tutmalarıdır.

Beləliklə , sprintdən sonra Maks Ferstappen turnir cədvəlində liderliyini az da olsa, möhkəmləndirməyi bacarıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp