Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Six Kings Slam” irimiqyaslı tennis turnirində 3-cü yerin sahibi müəyyənləşib. Karyerasını bitirməkdə olan əfsanəvi Rafael Nadal əsas rəqibi Novak Cokoviçlə üz-üzə gəlib. Görüş serb tennisçinin qələbəsi ilə başa çatıb – 6:2, 7:6.

Qeyd edək ki, uzun illərin rəqibləri 60-cı dəfə qarşılaşıblar. Oyundan sonra Novak Cokoviç hamını təsirləndirən sözləri ilə də diqqəti çəkib.

Xatırladaq ki, ispan tennisçi Devis Kubokundan sonra karyerasını başa vuracağını elan edib. Həmin turnir gələn ayın sonlarında İspaniyanın Malaqa şəhərində təşkil ediləcək.

Ər-Riyaddakı oyundan sonra təşkilatçılar Rafael Nadala xatirə hədiyyəsi də veriblər. Ərəblər ispan tennisçi qızıldan hazırlanmış raketka bağışlayıblar.

7cb95489 442b 4510 9dfe c81ddeeb8ade - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp