Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Six Kings Slam” irimiqyaslı tennis turnirində final görüşü keçirilib. Həlledici oyunda dünya reytinqinin liderləri Yannik Sinnerlə Karlos Alkaras qarşılaşıblar.

İlk set tay-brekə qədər uzanıb. Burada Karlos Alkaras daha yaxşı oynayaraq qələbə qazanıb. İkinci setdə qarşılıqlı breyklər olub. Setin sonunu daha yaxşı keçirən italyan tennisçi qalib gələrək hesabı bərabərləşdirib – 6:3.

3-cü setdə də Sinner üstünlüyü əldən verməyib. Bu dəfə də eyni hesabla qələbə qazanan Yannik turnirin qalibi olub. Xatırladaq ki, yarışın qalibi 6 milyon dollar mükafat əldə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp