Formula 1 üzrə dünya çempionatının son hissəsinə ABŞ-də start verilib. Sprint mərhələlərindən sonra sürücülüər əsas yarışın təsnifatında mübarizə aparıblar.

İlk sessiyada ən maraqlı nəticə Lyuis Həmiltonun uğursuzluğu olub. Yeddiqat dünya çempionu növbəti sessiyaya keçə bilməyib. Bazar günü baş tutacaq yarışda Lyuis yalnız 18-ci sıradan start verəcək. Ondan sonrakı yerlərdə isə cərimə alan Quanyu Jou və Liam Louson olacaq.

İkinci sessiyada ciddi sensasiya baş verməyib. Final mərhələsinə ehtimal edilən sürücülər yüksəlib.

Şənbə gün sprintdə qalib gələrək xal fərqini artıran Maks Ferstappen inamlı çıxışı ilə diqqət çəkib. Çempionatda əsas rəqibi olan Lando Norris də əla nəticələr göstərib. Son sensasiyanın ikinci cəhdlərini başa vurmaq mümkün olmayıb. Bunun da səbəbi Corc Rasselin qəzası olub. Bununla da poulu Lando Norris qazanıb. Maks isə ikinci yerdən start almaq hüququ əldə edib.

Əlavə edək ki, Ostində keçirilən qran-prinin final mərhələsi bu axşam Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp