Xorvatiyalı Luka Modriç “Real” (Madrid) klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi La Liqanın 10-cu turunun “Selta” ilə görüşündə (39 yaş 40 gün) bu rekorda imza atıb.
O, 1966-cı ildə “kral klubu”nun heyətində meydana çıxan ən yaşlı futbolçu Ferents Puşkaşın (39 yaş 36 gün) rekordunu yeniləyib.