Argentinalı ulduz futbolçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun tarixində ən çox qol vuran futbolçu olub.

Futbolinfo.az xəbər verir ki, o, MLS çərçivəsində “Nyu-İnqlend Revolyuşin”i 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atmaqla, komandasının heyətində ümumilikdə 33-cü qolu vurub.

Bunadək “İnter Mayami”nin heyətində ən çox fərqlənən futbolçu 31 qolla Leonardo Kampana idi.

Xatırladaq ki, “İnter Mayami” klubu 2018-ci ildə təsis olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp