Türkiyə 1-ci Liqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” bu turda evdə “Karagümrük”lə qarşılaşıb.

Coşqunun komandası bu oyunda 1:0 hesabı ilə qalib gəlib. Start heyətində yer alan Coşqun 73-cü dəqiqədə əvəzlənib.

“Bandırmaspor” 9 turdan sonra 15 xalla 4-cü pillədədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp