“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bodo Qlimt” Norveç çempionatında xal itirib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 25-ci turda səfərdə “Tromse”nin qonağı olub.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Xal itkisinə baxmayaraq, “Bodo Qlimt” 54 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır.

Avroliqanın Liqa mərhələsinin 4-cü turunda baş tutacaq “Bodo Qlimt” – “Qarabağ” matçı noyabrın 7-də Norveçdə keçiriləcək.

Shares: