Futbol üzrə Cənubi Koreya çempionatında 34-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeonbuk”la qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana çıxıb və 90+4-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.
“Daejeon” hazırda 38 xalla 10-cu pillədə qərarlaşıb.