Almaniya 2-ci bundesliqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşır.

13-cü dəqiqədə Emreli təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub.

18-ci dəqiqədə “Nürnberq” Tzimasın qolu ilə 2-ci dəfə fərqlənib.

Hazırda oyunda 1-ci hissə davam edir.

Qolun videosu teleqram kanalımızda: https://t.me/futbolinfoaz/55079

Shares: