Göygöl Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib. Yarış 8 Noyabr – Zəfər Gününə həsr olunub.

2008-2009, 2010-2012, 2013-2015-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən xatirə turnirində əsas məqsəd Zəfər tariximiz haqqında idmançılara məlumat vermək,yaş qrupları üzrə yığma komandaların tərkibinin möhkəmləndirilməsindən ibarət olub.

250 nəfər güləşçinin mübarizə apardığı birincilik bir gün davam edib. Sonda mükafata layiq yer tutan idmançılar məktəb rəhbərliyi tərəfindən diplom və medallarla təltif olunub.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp