Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyunda “Sumqayıt” “Turan Tovuz”u qəbul edib.

Bolqollu bu matçda qonaq komanda inamlı qələbəyə sevinib.

Turun daha öncə keçirilmiş oyunlarında “Kəpəz” “Qarabağ”a (0:5), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Neftçi” “Səbail”ə (3:1) qalib gəlib. “Zirə” – “Sabah” matçı isə heç-heçə bitib – 1:1.

Misli Premyer Liqası
10-cu tur

20 oktyabr

“Sumqayıt” – “Turan Tovuz” 2:4
Qollar: Nikola Vuynoviç, 32. Kamran Quliyev, 87 – Alexandro Serrano, 16. Otto Con, 25. Veysəl Rzayev, 26. Aleks Souza, 78.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 9. Nikola Vuynoviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Fernando Da Silva, 12. Georgi Karaişvili, 5. Alan Dias, 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov.
Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp