Azərbaycan Basketbol Liqasında 1-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, açılış turunun son matçında “Sumqayıt” “Ordu” kollektivi ilə üz-üzə gəlib.

Görüş ikincilərin 103:80 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün həm də “Sabah” “Sərhədçi”ni (80:53), “Şəki” isə “Quba”nı (90:83) məğlub edib.

Turun əvvəlki oyunlarında “Naxçıvan” “Neftçi”ni 84:79, “Abşeron” NTD-ni 75:69, “Gəncə” “Lənkəran”ı 90:75 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp