Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq qadınlardan ibarət Portuqaliya yığmasının Bakı proqramı müəyyənləşib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komanda oktyabrın 23-də Azərbaycana yollanacaq.
Ertəsi gün qarşılaşmanın keçiriləcəyi “Liv Bona Dea Arena”da son məşq nəzərdə tutulub. Əvvəlcə saat 16:15-də baş məşqçinin mətbuat konfransı, bundan 15 dəqiqə sonra isə məşq keçiriləcək. Portuqallar matçdan sonra vətənlərinə dönəcəklər.
Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya qarşılaşması saat 16:00-da başlayacaq. Cavab görüşü ayın 29-da Vizelada reallaşacaq.