“Ümumiyyətlə yayılan xəbərlərin hamısı yalandır. Hazırda danışıq apardığım heç bir klub yoxdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Qara Qarayev deyib.

“Neftçi”dən ayrılandan sonra heç bir klubla əlaqə yaratmayan futbolçu, formasını saxlamaq üçün fərdi məşqlər etdiyini bildirib: “Heç kimlə də əlaqə yaratmamışam. Sadəcə, öz vəziyyətimi, performansımı yaxşı saxlamaq istəyim üçün məşq edirəm”.

Xatırladaq ki, təcrübəli yarımmüdafiəçinin “Neftçi”dən ayrılandan sonra “Sabah”a keçəcəyi deyilirdi. Daha sonra onun adı başqa klublarla yanaşı hallandı. Son günlər isə Qaranın karyerasını bitirdiyi söylənildi.

GÜNAY SÜLEYMANOVA

Shares: