FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

O, oktyabrın 23-də İsveçrə – Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq. Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Shares: