Formula 1 üzrə dünya çempionatının 19-cu mərhələsi geridə qalıb. Ostin şəhərində keçirilən ABŞ qran-prisi “Ferrari” komandasının zəfəri ilə başa çatıb.

Startda gözəl manevr edən Şarl Lekler 4-cü yerdən liderliyə yüksəlib. Onun komanda yoldaşı Karlos Sayns isə ilk pit-stopdan sonra ikinciliyi ələ alıb.

Yarışın sonuna qədər İtaliya komandasına ciddi təzyiq olmayıb. Çempionatın liderləri Maks Ferstappenlə Lando Norris arasında isə gərgin anlar yaşanıb. Britaniyalı pilot rəqibini ötməyi bacarsa da, bunu qaydalardan kənar yollarla edib. Nəticədə Norrisə 5 saniyəlik cəza verilib. Bu da Ferstappenin 3-cü yeri tutması ilə nəticələnib.

Çempionatda niderlandlı pilotun liderliyi davam edir. O, Lando Norrisi 57 xal qabaqlayır.

Shares: