“İlk qol işimizi asanlaşdırdı”.

Futbolinfo.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniyanın 2-ci Bundesliqasının 9-cu turunda “Qroyter Fyurt”a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Mütəxəssis futbolçuları haqqında xoş ifadələr işlədib:

“Onların enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi”.

Almaniyalı baş məşqçi Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

“Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik”.

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb.

Shares: