Peşəkar Tennis Assosiasiyası (ATP) kişilərin yenilənmiş reytinq cədvəlini dərc edib.

İlk onluqda ciddi dəyişiklik baş verməyib. İtaliyalı Yannik Sinner lider olaraq qalır. İkinci yeri ispaniyalı Karlos Alkaras, üçüncü yeri isə almaniyalı Aleksandr Zverev tutur.

21 oktyabr tarixinə ATP reytinqi:

1 (1). Yannik Sinner (İtaliya) – 11920 xal.

2 (2). Karlos Alkaras (İspaniya) – 7120.

3 (3). Aleksandr Zverev (Almaniya) – 6795.

4 (4). Novak Cokoviç (Serbiya) – 6210.

5 (5). Daniil Medvedev (Rusiya) – 5530.

6 (6). Teylor Fritz (ABŞ) – 4380.

7 (7). Andrey Rublyov (Rusiya) – 4150.

8 (8). Kasper Ruud (Norveç) – 3890.

9 (10). Qriqor Dimitrov (Bolqarıstan) – 3735.

10 (9). Aleks de Minor (Avstraliya) – 3575.

Shares: