Birləşmiş Liqada çıxış edən MBA-MAI komandasının azərbaycanlı hücumçusu Paşa İsmayılov Avroliqanın pley-off mərhələsini ən yaxşı basketbol hesab etidiyinin izahını verib.
“Hər bir liqanın öz xüsusiyyətləri var. Misal üçün MBA-da topla daha çox oynayırlar. Lakin Şimali Amerikada daha çox hücum var, müdafiənin keyfiyyəti isə aşağıdır. Avroliqada sıxlıq, fərqli qərar qəbuletmə, müdafiə və hücumda ünsiyyət var. Avroliqanın pley-off oyunları hazırda ən maraqlı basketboldur”, – deyə İsmayılov müsahibəsində deyib.
Bu mövsüm İsmayılov VTB Birləşmiş Liqasının 8 oyununda iştirak edib. Onun orta göstəriciləri 4,5 xal və 4,1 ribaunddur.