“Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadənin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı”ya qalib gəldiniz. Matçla bağlı fikirlərin necədir?
– Çətin matç olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. “Şamaxı” çox yaxşı qapanır və epizod yaratmağa çətinlik çəkirsən. Birinci hissədə bir neçə epizodumuz olsa da, fərqlənə bilmədik. Çox şükür ki, ikinci hissədə qol vurduq və qələbə qazandıq.
– Komanda yaxşı irəliləyir və mövsümə əla başlayıb. Səncə, belə davam edə biləcəksiz?
– Hələ ki, hər şey qaydasındadır. Amma mövsümə yaxşı başlamaqla iş bitmir. Sona qədər mübarizə aparmalıyıq. Hər xal üçün meydanda “döyüşməliyik”.
– “Araz-Naxçıvan”ın əsas hədəfi avrokuboklara vəsiqə qazanmaqdır?
– Bəli, əsas hədəfimiz avrokuboklardır. Vəsiqə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.
– Türkiyənin “Tuzlaspor” klubuna FİFA-da qalib gəldin. Onlar sənin pulunu ödədi?
– Yox, heç bir ödəniş olmayıb. Onlar hələ ki, mənə olan borclarını verməyiblər.
– Hələ də onlarla proses davam edir? CAS-a müraciət olubmu?
-FİFA-ya müraciət olunmuşdu. Proses bitib. Amma dediyim kimi, qarşı tərəf ödəniş etməyib.
– “Araz-Naxçıvan” növbəti turda daha çətin rəqib olan “Zirə” ilə üz-üzə gələcək. Bu matçda hansı nəticə sizi qane dəcək?
– “Zirə” yaxşı komandadır. Bunu geridə qalan turlarda izləyə bilmişik. Çalışırıq ki, hər oyuna hazırlaşaq və eyni istəklə meydana çıxaq. Gərgin matç bizi gözləyir, amma qələbə qazanmağa çalışacağıq.
ABBAS