UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Futbolinfo.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 23-də, saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Françesko Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da reallaşacaq açıq məşqi 12:45-də başlayacaq.
Oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.