Radu Draquşin klubunu dəyişə bilər. Mərkəz müdafiəçisi kifayət qədər oyun vaxtı ala bilməməsinə görə belə qərar verib.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı rumın “Tottenhem”də əsas heyətə düşmür. Bu üzdən o, yanvarda icarəyə göndərilməsi üçün klub rəhbərliyinə müraciət edib. O, yenidən A Seriyasına dönmək niyyətindədir. “Napoli” onun xidmətində maraqlıdır.
Radu mövsümün əvvəlində “Cenoa”dan transfer olunub. Londonlular onun üçün İtaliya klubuna 25 milyon avro ödəmiş və 6 illik müqavilə bağlamışdı.
Draquşin bizə “Qarabağ”a görə də tanışdı. Avropa Liqasında “Tottenhem”ə qarşı matçda məhz bu futbolçu Olavio Juninyoya qarşı kobud oynayaraq meydandan qovulmuşdu.