“Mançester Yunayted” hücum xəttini gücləndirmək istəyir. Baş məşqçi Erik ten Haq komandanın aşağı məhsuldarlığından narazıdır və klub rəhbərliyinə yeni tramsferlər üçün müraciət edib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəfi Benyamin Şeşkodur. “Leypsiq”in forvardı qış fasiləsində İngiltərəyə köçə bilər. Almanlar Sloveniya millisinin 21 yaşlı hücumçusu üçün 50 milyon avro tələb edir. Mançesterlilər Bundesliqa təlmsilçisi ilə bazarlıq edərək məbləği azaltmağa ümid bəsləyir. “Leypsiq” onu bir il öncə “Zalsburq”dan 24 milyon avroya alıb və 2029-cu ilədək müqavləsi var.

Transfer reallaşsa, ingilislər yayda “Bolonya”dan aldığı Coşua Zirkzeeni icarəyə göndərəcək. “Yuventus” Niderland millisinn üzvünün xidmətində maraqlıdır. Turinlilərin baş məşqçisi Tyaqo Motta “Bolonya”da Zirkzee ilə birgə çalışdığından, onu sərəncamında görmək istəyir.

Shares: