AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, II Liqa təmsilçisi “Lerik” 2 oyuna görə cəzalandırılıb.
Adıçəkilən komanda VII turda “Şəfa” ilə görüşə gəlməməsi səbəbindən 0:3 hesablı texniki məğlubiyyət alıb, eyni zamanda 300 manat cərimələnib.
Bundan başqa Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Lerik” – “Ağdaş” qarşılaşmasında oyun günü planı pozulduğuna görə birincilər daha 100 manat cərimə edilib.