AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-16 Liqasının “Turan Tovuz” FK –UFA oyunu UFA komandası oyuna gəlmədiyinə görə baş tutmadığı üçün UFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Şəmkir” FK –“Gülül” (Ağstafa) oyunu “Gülül” (Ağstafa) komandasının formasında qüsurlar olduğuna görə baş tutmadığı üçün “Gülül” (Ağstafa) komandasına xəbərdarlıq edilib. Matç yenidən keçiriləcək.

U-13 Liqasının “Şirvan” (Şirvan) – “Sabirabad” oyunu “Şirvan”ın heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Şirvan” (Şirvan) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Real” FK (Goranboy) – “Aran” FK (Yevlax) oyunu “Aran” FK (Yevlax) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Aran” FK (Yevlax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan “Paralimpiya İdman Kompleksi” – İOEUGİM (Sumqayıt) oyunu “Paralimpiya İdman Kompleksi” komandası protokolu təqdim etmədiyinə görə baş tutmadığına görə “Paralimpiya İdman Kompleksi” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Məhəllə uşaqları” (Sumqayıt) – “Paralimpiya İdman Kompleksi” oyunu “Məhəllə uşaqları” (Sumqayıt) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Məhəllə uşaqları” (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Karvan” (Yevlax) – UFA oyunu UFA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə UFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Sahil” FA – “Gənclik” FK oyunu “Sahil” FA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Sahil” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Xocalı” FK – “Universal” FA oyunu “Universal” FA komandası təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığına görə “Universal” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp