Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöldə kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naftalan, Xızı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Balakən, Bərdə, Gədəbəy, Ordubad və Sədərəkdən olan 200-ə yaxın atlet mübarizə aparıb.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb. 6 km məsafədə İsmayıllı təmsilçisi Valeri Qrubski, 3 və 2 km-də isə müvafiq olaraq, İsgəndər Əsgərov və Rihad Mustafayev qalib olublar.

08e8a4bb 1fc6 4c9b b8da 002ddd891896 - Futbolinfo.az

Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyaraq növbəti dəfə Azərbaycan çempionu olub. 4 km-də Milana Xəlilova, 2 km-də Zəhra Şirəliyeva, 1 km-də isə Nila Heydərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

10 km məsafəyə qaçışda 40 yaşdan yuxarı atletlər arasında Elmir Əsgərov, 50 yaşdan yuxarı idmançıların mübarizəsində isə Dmitri Liyakov 1-ci yeri tutublar.

17c843a0 bcd6 4b00 abf0 52ab7b750abc - Futbolinfo.az

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares: