UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı mütəxəssislər proqnoz verib.

Futbolinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Bakıdakı qarşılaşmanın favoriti hesab olunur.

Əksəriyyət “Ayaks”ın bu mövsüm yaxşı forma yığdığını, “Qarabağ”ın isə avrokuboklarda uğursuz nəticələrlə üzləşdiyini vurğulayaraq, Niderland klubunun asan qələbə qazanacağını düşünür. Hətta Azərbaycan təmsilçisinin Avropa arenasındakı matçlarda çox qol buraxması səbəbindən müdafiə və qapı xəttində axsadığı qeyd olunub.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Shares: