Azərbaycanın “Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində davam edən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz ikinci turda İsveçin “Lunds” kollektivindən güclü olub – 3,5:2,5.

Azərbaycan komandası ötən gün Norveçin SOSS klubuna 5,5:0,5 hesabı ilə qalib gəlmişdi.

Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.

Shares: