Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Yarışların ikinci günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mübarizəyə qoşulacaqlar. Azərbaycan millisinin 5 idmançısının ikisi təsnifat, üçü isə 1/8 finaldan güləşməyə başlayacaq.

55 kq. Rəşad Məmmədovun 1/8 finalda Denis Sullivan (ABŞ) – Dieymer Xose Reyes (Venesuella) cütünün qalibini gözləyir.

63 kq. Ziya Babaşov 1/8 finalda Mairbek Salimov (Polşa) – Conatan Qurule (ABŞ) duelinin güclüsü ilə güləşəcək.

77 kq. Xasay Həsənli ilk mərhələdə ermənistanlı Martik Petrosyan ilə qarşılaşacaq.

87 kq. Cocu Səmədovun ilk rəqibi Adam Mateus Qardziola (Polşa) olacaq.

130 kq. Sərxan Məmmədov Pavel Hlinçukla (AİN) üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının ilk günündə xalçaya çıxan güləşçilərimizdən üçü bürünc medal şansını qoruyur. Mundiala oktyabrın 27-də yekun vurulacaq.

Shares: