“Böyük dəbilqə” seriyalı turnirlərin 24 qat qalibi, hazırda dünyanın dördüncü raketkası olan serb tennisçi Novak Cokoviç Parisdə oktyabrın 28-dən noyabrın 3-dək keçiriləcək “Masters” seriyalı turnirdə iştirakdan imtina edib.
Cokoviç 2020-ci ildən bəri ilk dəfədir ki, bu turniri buraxacaq. Novak yarışların yeddiqat çempionudur. Keçənilki turnirin finalında serb bolqar Qriqor Dimitrovu 6:4, 6:3 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Cokoviç bundan əvvəl Şanxayda keçirilən turnirin final mərhələsinə çıxmaqla ATP Final turnirinə vəsiqəni təmin etməyə yaxınlaşıb. Bununla belə, o, çempionluq yarışında altıncı sırada olduğuna görə nəzəri cəhətdən Turində yarışmaq imkanını itirə bilər. Serbiya mətbuatının məlumatına görə, Novak mövsümün sonuna qədər bir daha kortda görünməyəcək.