Britaniyanın “Aston Martin” komandasının mətbuat xidməti sosial şəbəkələrdəki səhifəsində Fernando Alonsonun karyerasında 400-cü qran-priyə həsr olunmuş dəbilqənin şəkillərini nümayiş etdirib.

Oktyabrın 25-dən 27-dək keçiriləcək Meksika qran-prisi ispan pilot üçün yubiley yarışıdır. Fernando həm də Formula 1 tarixində 400 qran-pridə iştirak edən ilk sürücü olacaq.

Xatırladaq ki, ispaniyalı sürücü ABŞ yarışını 13-cü pillədə başa vurmuşdu. Formula 1-in çempionatında Fernando 62 xalla 9-cu yerdədir. Mühəndislər kubokunda “Aston Martin” 86 xalla beşinci yerdə qərarlaşıb.

Shares: