TMZ nəşri bu ilin yanvar ayında Milli Basketbol Assosiasiyasının ikiqat çempionu Recon Rondonun sürət həddini aşdığına görə necə saxlandığını əks etdirən video yayımlayıb.

Bir polis məmurunun avtomobilindəki kameradanın görüntülərinə görə, Recon maşınını 160 km/saat sürətlə idarə edirmiş. Avtomobildə onun oğlu da olub. Saxlama zamanı məmur marixuananın iyini hiss edib, avtomobildə axtarış aparıb və Rondonun qanunsuz saxladığı silahı tapıb. Bundan sonra o, həbs edilib.

Sentyabrın 4-də Recon 180 sutka həbs cəzasına məhkum edilib.

Rondo 2006-2022-ci illərdə MBA-da çıxış edib, 2008-ci ildə “Boston Seltiks” ilə çempionluq qazanıb. O, ikinci titulunu “Los-Anceles Leykers” ilə əldə edib.

Shares: