“Milan” Matteo Qabbiya ilə yeni müqavilə bağlayacaq. Klub rəhbərliyi mərkəz müdafiəçisi ilə razılıq əldə edib.
Futbolinfo.az xəbər verir ki, anlaşmanın neçə illik artırılacağı açıqlanmır. Lakin oyunçunun bonuslarla birlikdə illik 2 milyon avro qazanacağı dəqiqdir.
25 yaşlı müdafiəçi klubun öz yetirməsidir. Hazırkı müqaviləsi 2026-cı ilin yayında bitəcək Qabbiya 2018-də “Luçceze”də, ötən mövsümün ilk 6 ayını isə “Vilyarreal”da icarədə keçirib.