“Qarabağ”ın UEFA Avropa Liqasının III turunda Niderlandın “Ayaks” klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, UEFA oktyabrın 24-də Bakıda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçı Nikolaş Uolş idarə edəcək. Ona Qrem Styuart və Kalum Spens köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək. Kevin Klansi VAR, Con Biton isə AVAR kimi iş başında olacaq.
Hakimlərin işinə türkiyəli hakim-inspektor Mehmet Murat Ilqaz qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə Aldi Topçiu (Albaniya) olacaq.
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.