Kilian Mbappenin transferi “Real”ı gücləndirməklə yanaşı, kluba problem də gətrib. Fransalı ulduzun heyətdə bir çox funksiyanı yerinə yetirməsi digər önəmli oyunçunu kölgəyə atıb.

Futbolinfo.az xəbər verir ki, belə vəziyyətə düşən Cud Bellingem məyus olub. “Marca” ingilis yarımmüdafiəçinin ruhdan düşdüyünü, Mbappenin kölgəsində qalmaqla barışmaq istəmədiyini yazır. Cud indi daha dərindən oynamaq məcburiyyətində qalır və bu da onun qapıya çox yaxınlaşmasına imkan vermir.

Təsadüfi deyil, Bellingem bu mövsüm qol hesabını aça bilməyib. Belə durum onu narazı salsa da, komandanın yaxşı nəticələr göstərməsi Cuda narazılığını aşkar bildirməyə imkan vermir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp