Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı məlumatı futbolçunun çıxış etdiyi “Ankaragücü”nün mətbuat xidməti məlumat yayıb.
1-ci liqa təmsilçisinin yaydığı açıqlamada qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edilən Dadaşovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Renat bu mövsüm 1-ci liqada 9 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.