“Ayaks” UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”la Bakıda keçirəcəyi oyunun iştirak ərizəsini açıqlayıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland təmsilçisi Azərbaycana 24 futbolçu gətirəcək.

“Ayaks”ın Bakıya gələcək heyəti belədir: Cey Qorter, Remko Pasveer, Diant Ramay, Devayn Renç, Anton Qoei, Jorrel Hato, Ouen Veyndal, Ahmetcan Kaplan, Daniel Ruqani, Dis Yanse, Yosip Sutalo, Cordan Henderson, Kennet Teylor, Branko van den Boomen, Kian Fitz-Cim, Benjamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore, Vaut Veqhorst, Kristian Rasmussen, Yorti Mokio, Ceydon Banel.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp