Qətərdə səfərdə olan “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləriylə görüşüb.

Futbolinfo.az klubun mətbuat xidmətində istinadən xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb. Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib.

Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” – “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.

Shares: