İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi məşqçiliyə başlayıb.

Futbolinfo.az xəbər verir ki, bu ilin may ayında futbolçu karyerasını başa vuran 37 yaşlı veteran oyunçu İtaliyanın U-20 milli komandasında çalışacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bonuççi U-20-nin baş məşqçisi Bernardo Korradinin köməkçisi təyin edilib.

Qeyd edək ki, Leonardo Bonuççi İtaliya millisinin heyətində 121 matçda iştirak edib və 8 qol vurub.

Shares: