“Mançester Yunayted”, “Atletiko” və Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan Montevideoda tennis üzrə “Çellencer” turnirində iştirak üçün ərizə verib. İdmançı dünyanın 101 nömrəli tennisçisi Federiko Koria ilə qoşa yarışlarda çıxış edəcək. Bu barədə ispan jurnalist Qonsalo Ferreyra sosial şəbəkələrdə məlumat verib.

Montevideodakı turnir torpaq kprtda keçiriləcək və noyabrın 11-də başlayacaq. Bir neçə gün əvvəl Perunun paytaxtı Limada keçirilən MT-1000 yarışında Forlan ITF veteranlar reytinqində dünyanın 45-ci raketkası olan braziliyalı Antonio Amara da Silva Filyoya ¼ finalda  məğlub olaraq (3:6, 2:6) mübarizəni dayandırmışdı.

Dieqo Forlan 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən Dünya Çempionatının ən yaxşı oyunçusu, 2011-ci ildə Amerika Kubokunun qalibi, iki dəfə “Qızıl buts”un sahibi, Uruqvay tarixinin ən görkəmli futbolçularından biridir.

Shares: