Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən dan imtahanı təşkil edilib.
Futbolinfo.az xəbər verir ki, qurumun məşq zalında keçirilən imtahana 43 (26-sı 1-ci, 17-si 2-ci dan) məşqçi və idmançı qatılıb.
Tədbirdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev, qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol, ölkəmizə dəvət olunan koreyalı mütəxəssis Ji Hyum Yeom və beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da iştirak ediblər.