“Qalib gəlsəydik, hər şeydən razı qalardım”.
Futbolinfo.az xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev “Naxçıvan”a qarşı Azərbaycan Basketbol Liqasının 2-ci turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
“Qarşılaşmaya böyük istəklə çıxdıq. Əslində çox şeydən razı qaldım. Matçda sürət var idi, müdafiədə də yaxşı çıxış etdik. 45 dəqiqə ərzində rəqibə cəmi 72 xal verdik. Ən böyük problem sərbəst atışlar idi. 9 qeyri dəqiq atış yerinə yetirdik. Rəqibin yalnız iki səhvi oldu. Bir xal fərqi ilə uduzduq. Belə oyunda bu qədər səhv etmək olmaz. Qalib gələ bilərdik. Ümumi görüşdən razıyam, yalnız hesab məni razı salmır. Qalib gəlsəydik, hər şeydən məmnun olardım”.
“Naxçıvan” – NTD qarşılaşması birincilərin 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.