Azərbaycanın “Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində davam edən şahmat üzrə Avropa Kubokunda növbəti görüşünü keçirib.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz 3-cü turda Rumıniyanın “Superçess” klubuna 1:5 hesabı ilə məğlub olub.

Bu, Azərbaycan komandasının turnirdə ilk məğlubiyyəti olub.

Şahmatçılarımız əvvəlki iki turda Norveçin SOSS (5,5:0,5) və İsveç “Lunds” kollektivlərinə (3,5:2,5) qalib gəliblər.

Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.

Shares: