Avropa Liqasının 3-cü turunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu təkcə Azərbaycan və Niderland futbol ictimaiyyətinin diqqət mərkəzində olmayacaq.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Bakıdakı qarşılaşmanı bir neçə Avropa klubu da maraqla gözləyir.
Səbəb isə Amsterdam təmsilçisinin futbolçularıdır. Xüsusən də mərkəz müdafiəçisi Jorrel Hato Avropa nəhənglərinin “radar”ındadır. Bu mənada “Arsenal” və “Yuventus” fərqlənir. Adıçəkilən klubların skautlarının oyun vaxtı Tofiq Bəhramov adına Respublika Stadionunda olmalası istisna edilmir. London və Turin komandaları mövsümün sonunda 18 yaşlı oyunçunu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.