Türkiyənin “Beşiktaş” klubu əvəzedici heyətin qapıçısı Mehmet Tuğra ilə müqavilə bağlayıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı qolkiper 2027-ci ilə qədər İstanbul təmsilçisinin əsas komandasının şərəfini qoruyacaq.
Tuğra 2019-cu ildən “Beşiktaş”ın aşağı yaş qruplarında çıxış edir.