Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 8 noyabr- Zəfər Gününə həsr olunan yarış keçirilib.
S.Behbudov adına şəhər 6 saylı tam orta məktəbin idman zalında rayonun yuxarı sinif şagirdləri (oğlan və qızlar) güllə atıcılığı (pnevmatik tüfəngdən 10 metr məsafəyə) idman növü üzrə qüvvəsini sınayıb.
36 məktəbdən 143 (118 oğlan, 25 qız) nəfərin iştirak etdiyi turnirdə ilk 3 yeri tutan iştirakçılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV