“Hazırda ciddi maliyyə problemlərimiz var və oyunlara çıxmaqda belə çətinlik çəkirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.
O, hazırda məqsədlərinin komandanı qoruyub saxlamaq olduğunu bildirib: “Şəfa” ilə səfər oyununa gəlmədiyimiz üçün 0:3 hesablı texniki məğlubiyyət aldıq və 300 manat cərimələndik. Əsasnamənin tələbi belə olduğu üçün bu qərar verildi. Məqsədimiz komandanı qoruyub saxlamaqdır. Hələ ki, çempionat yeni başlayıb. Hazırkı tura qədər 14 komanda arasında 10-cu sıradayıq. Çalışırıq ki, nəsə əldə edərək klubumuzu ayaqda saxlayaraq. Hazırda ciddi maliyyə problemlərimiz var və oyunlara çıxmaqda çətinlik çəkirik. Çalışırıq ki, minimum da olsa, maliyyə məsələlərimizi yerinə qoyaraq, liqada çıxışımızı davam etdirək”.
GÜNAY SÜLEYMANOVA